Bütün xəbərlər
Yaponiyada qubernator Ronaldo ilə görüşməyə çalışdığı üçün işini itirə bilər
Tarix: 12-12-2023 12:20 | Bölmə: Dünya

Naqasakinin qubernatoru Kenqo Oişi portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə görüşmək cəhdinə görə mövqeyini itirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyul ayında Oişi Ronaldonun "Əl-Nasr"ı ilə Osakada PSJ arasında keçirilən yoldaşlıq oyununda iştirak edib. Qubernator oyunda iştirak etmək üçün dövlət pulundan istifadə etməkdə ittiham olunur.
Bundan əlavə, siyasətçi matça qatıldığı üçün rəsmi görüşü buraxıb. İndi Yaponiya hökuməti Oişinin istefası ilə bağlı tələblər alır.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər