Bütün xəbərlər
Brüsseldə minlərlə insan antisemitizm əleyhinə yürüş keçirib
Tarix: 10-12-2023 23:04 | Bölmə: Dünya

Antisemitizm əleyhinə yürüş bazar günü, dekabrın 10-da Brüsseldə keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, orada dörd minə yaxın insan iştirak edib. Onlar yəhudilərə qarşı “fiziki təcavüz”dən, habelə mediada və həm dövlət rəsmilərinin, həm də sadə vətəndaşların dilindən antisemit xarakterli bəyanatların sayının artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Belə bir nümayişə çağırış Belçikadakı Yəhudi Təşkilatlarının Koordinasiya Komitəsi, Yəhudi Təşkilatlarının Flamand Forumu və Belçika Antisemitizmlə Mübarizə Liqası tərəfindən edilib.
Daha sonra təşkilatçılara Belçika Yəhudi Proqressivləri Birliyi də qoşulub və onlar ümumən irqçiliyə qarşı şüarlar altında: yəhudilərə, ərəblərə və qara afrikalılara nifrətə qarşı yürüşə çağırıblar.
Belçikanın ədliyyə naziri Paul Van Tiqhelt bildirib ki, nümayişçilər haqlı olaraq bu aspektə diqqət çəkirlər.
"Biz razılaşa bilmərik ki, həmvətənlərimiz öz evlərini tərk etməkdən qorxurlar, lakin bu, bir çox yəhudilərin başına gəlir", - Ədliyyə Nazirliyinin rəhbəri deyib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ-ın Pensilvaniya Universitetinin rektoru tələbələr arasında İsrail əleyhinə aksiyaların tez-tez artması ilə əlaqədar istefa verib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər