22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Yəmən husiləri İsrailə gedən bütün gəmilərə hücum edəcək
Tarix: 09-12-2023 22:59 | Bölmə: Dünya

Yəməndə yerləşən Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərin hücuma məruz qalacağı barədə xəbərdarlıq ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi bildirib ki, gəminin və onun yükünün mülkiyyətinin əhəmiyyəti olmayacaq və İsraildə təyinat limanları olan bütün gəmilərə maneələr qoyulacaq.
Əl-Husi öz səhifəsində yazıb: “Dəniz təhlükəsizliyi maraqları baxımından bütün gəmiləri və şirkətləri İsrail limanları ilə əməkdaşlıq etməməkdən çəkindiririk”.
Bundan əlavə, Əl-Husi qeyd edib ki, digər ölkələrin silahlı qüvvələri belə gəmiləri müşayiət etmək hüququna malik deyil. "İnterfaks" xəbər verir ki, onların hamısı husilərin hücumları üçün hədəf olacaq. Əvvəllər Qırmızı dənizdə yalnız İsrail gəmiləri hücuma məruz qalırdı.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər