Bütün xəbərlər
The New York Times: HƏMAS oktyabrın 7-də nüvə bazasına zərbə endirib
Tarix: 05-12-2023 12:14 | Bölmə: Dünya


Oktyabrın 7-də Fələstinin Həmas hərəkatının yaraqlıları nüvə silahlarının saxlanıla biləcəyi İsrailin Sdot Mixa aviabazasına raket atıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “The New York Times”ın jurnalistləri peyk görüntülərini araşdırdıqdan sonra bu qənaətə gəliblər. Nəşr qeyd edir ki, anbarların özünə ziyan dəyməyib, lakin yanğın onlara kifayət qədər yaxınlaşıb. Daha sonra raketin düşdüyü ərazidə yeni torpaq bəndlər və maneələr yaradılıb.Qeyd olunur ki, bu zərbə fələstinli yaraqlıların nüvə silahlarının saxlandığı iddia edilən İsrail hərbi obyektinə hücumunun ilk məlum hadisəsidir. Lakin HƏMAS-ın orada nüvə silahının olmasından xəbəri olub-olmadığı aydın deyil.

Fələstin-İsrail münaqişəsinin ən güclü eskalasiyası 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrail ərazilərinə irimiqyaslı raket hücumundan sonra başlayıb. İsraildə bu hücum nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 1,2 minə yaxın insan həlak olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Fələstin anklavına kütləvi zərbələr endirməyə başlayıb, sonra isə quru əməliyyatına başlayıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, artıq 15 899 nəfər münaqişənin şiddətlənməsinin qurbanı olub, daha 42 min sakin xəsarət alıb.




Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər