Bütün xəbərlər
İsrail ordusu Qəzzada HƏMAS batalyonlarından birinin komandirinin məhv edildiyini açıqlayıb
Tarix: 04-12-2023 12:01 | Bölmə: Dünya

Onun komandanlığı altında HƏMAS yaraqlıları oktyabrın 7-də İsrail ərazisinə reydlər həyata keçirib, İsrail Müdafiə Qüvvələri bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarəsi HƏMAS-ın Şati batalyonunun komandiri Heitham Huvajarini vuraraq öldürüb. Onun komandanlığı ilə HƏMAS terrorçuları oktyabrın 7-də İsrail ərazisinə reydlər həyata keçirib", - deyə, İDF-nin bəyanatında deyilir.
İsrail ordusunun məlumatına görə, Huvacəri Qəzzadakı "Əl-Şifa" xəstəxanasında da "terror fəaliyyətini təmin edib" və Şati bölgəsində İDF ilə döyüşən Həmas qüvvələrinə komandanlıq edib.
“O, həmçinin israillilərə qarşı çoxsaylı terror aktları törətməkdə də məsuliyyət daşıyır”, - deyə, əlavə edib.
Bundan əvvəl İD Qəzza zolağının cənub hissəsində aktiv hərbi əməliyyatlara başlayıb. İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib ki, döyüşlər anklavın şimalında olduğu kimi intensivlikdə olacaq.
İsraillə HƏMAS arasında atəşkəs ötən cümə günü başa çatıb. Əsirlərin mübadiləsi də dayandırılıb. Döyüşdəki fasilə Fələstin hərəkatının raket hücumu ilə pozulub.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər