Bütün xəbərlər
Yəmən husiləri Britaniya ticarət gəmisinə və ABŞ-ın esminesinə hücum edib
Tarix: 03-12-2023 20:29 | Bölmə: Dünya

Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Bab əl-Məndeb boğazında Britaniya ticarət gəmisinə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə ediblər, "Əl Hadath" telekanalı xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gəmi Britaniya bayrağı altında üzür və ekipaj Britaniya vətəndaşıdır. Amerika və İsrail hərbi gəmiləri hücumu dəf edib.
Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Carney esminesi və Qırmızı dənizdəki bir neçə gəmi də Yəməndən atılan İHA və raketlərlə hücuma məruz qalıb, "Əl-Cəzirə" qeyd edib.
Husilər dünən Qəzza zolağında atəşkəs başa çatdıqdan sonra İsrailə qarşı hücumları bərpa edəcəklərini bildiriblər.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər