Bütün xəbərlər
Amerika Çinlə hərbi münaqişəyə hazırdır, lakin bunu istəmir
Tarix: 03-12-2023 10:51 | Bölmə: Dünya

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Amerikanın Çinlə hərbi münaqişəyə hazır olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kaliforniyada Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda Braundan amerikalılar arasında keçirilən sorğunun nəticələrini şərh etməsi istənilib, onların arasında respondentlərin 51 faizi Çini ABŞ üçün “ən ciddi təhlükə” hesab edir, 74 faizi isə düşünür ki, iki ölkə arasında hərbi münaqişə yaxın illərdə-beş ildə real ehtimaldır.
TASS xəbər verir ki, general ilk növbədə Amerika cəmiyyətini “hər şeyə hazır olan” ordu ilə fəxr etməyə çağırıb.
"Ancaq eyni zamanda, biz çalışırıq ki, münaqişə olmasın. Bizim nümayiş etdirdiyimiz hərbi qüvvə sülhə nail olmağa kömək edəcək".
Braun “yanlış hesablamaların qarşısını almaq üçün” “müttəfiqlər və tərəfdaşlarla, eləcə də düşmənlərlə” dialoqun vacibliyini etiraf edib.




Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər