Bütün xəbərlər
İsrail Suriya ərazisinə hücum etdi
Tarix: 02-12-2023 11:35 | Bölmə: Dünya

Suriyanın hava hücumundan müdafiə sistemləri şənbə günü səhər saatlarında İsrailin hava hücumunu dəf edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dekabrın 2-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Dəməşq yaxınlığında Suriya qoşunlarının yerləşdiyi yerə zərbələr endirib. Hadisə şahidləri Suriyanın hava hücumundan müdafiə sistemlərinin əməliyyatı zamanı partlayış səslərini qeydə alıblar.
Hücumun nəticələri barədə hələ ki, məlumat yoxdur. İsrailin noyabrın 26-da baş vermiş əvvəlki reydi nəticəsində Dəməşq hava limanı xeyli ziyan görüb və fəaliyyətini dayandırıb.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər