Bütün xəbərlər
Qəzza zolağında İsrail ordusu həkim karvanını saxlayıb
Tarix: 29-11-2023 11:09 | Bölmə: Dünya


İsrail ordusu bu gecə İordan çayının qərb sahilinə hücum edib, ən azı 5 fələstinli yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, əsgərlər yerli xəstəxanaları və yaşayış məntəqələrini mühasirəyə alır. Bu arada atəşkəsin qüvvədə olduğu Qəzza zolağında İsrail ordusu həkim və yaralılardan ibarət karvanı saxlayıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndələri bildiriblər. Həkimlər "Əl Şifa" xəstəxanasına gedirdilər.
Ötən gecə İsrail Qəzza zolağında saxladığı 12 girov müqabilində 30 fələstinli məhbusu azad edib.Razılaşmadan cəmi beş gün ərzində 150 fələstinli ərəb İsrail həbsxanalarından azad edilib.
Həmas qüvvələri isə 60 israilli və 21 əcnəbini azad edib.“Vaşinqton Post”un məlumatına görə, yəhudi dövlətinin hakimiyyəti atəşkəsi daha iki-üç gün uzatmağa hazırdır.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər