17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
Bütün xəbərlər
III Çarlz ilk dəfə Çinə səfər etməyə açıqdır
Tarix: 08-11-2026 21:52 | Bölmə: Dünya


 Böyük Britaniya Kralı III Çarlz ilk dəfə Çinə səfər etməyə hazırdır və bu ideyanı "diqqətlə nəzərdən keçirəcək". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti Bukinqem Sarayındakı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Britaniya kralının köməkçiləri Kral hökumətinin III Çarlzdan getdikcə daha çox siyasi cəhətdən həssas və mürəkkəb vəziyyətlərdə onun adından müdaxilə etməsini istədiyini etiraf edirlər.
"Əgər hökumət "Kral Çinə gedəcəkmi?" deyə, soruşsaydı, düşünürəm ki, bunu çox diqqətlə düşünərdik".
Mənbə vurğulayıb ki, Çin çox mürəkkəb bir ölkədir və belə bir səfər üçün proqram təşkil etmək bir çox çətinliklərlə üzləşə bilər. Qəzet həmçinin qeyd edib ki, III Çarlz heç vaxt Çinin materik hissəsinə səfər etməyib. 1997-ci ilin iyul ayında o, keçmiş Britaniya müstəmləkəsinin Çin suverenliyinə təhvil verilməsi mərasimində iştirak etmək üçün Honkonqa səfər etdi.
30 sentyabrda Çin Ümumi Texnologiya Tədqiqat İnstitutu tərəfindən Böyük Britaniya Təhlükəsizlik Xidmətinin Çin Dövlət Təhlükəsizlik Nazirliyi adından casusluq etdiyi bildirildi.




Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı