Bütün xəbərlər
Kanadada 63 nəfər salmonellyoz xəstəliyinə tutuldu, biri öldü
Tarix: 27-11-2023 10:59 | Bölmə: Dünya

Kanadanın beş regionunda 63 nəfər salmonellyoz xəstəliyinə tutulub, bir nəfər isə sonradan epidemiya nəticəsində dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Health Canada"-dan verilən açıqlamada qeyd olunur ki, çirklənmə mənbəyi Rudy və Malichita tərəfindən tədarük edilən qovunlar olub. Onlar noyabrın 10-dan 24-dək Britaniya Kolumbiyası, Kvebek, Nyufaundlend və Labrador, Ontario və Şahzadə Edvard adalarında ərzaq mağazalarında satılıb. Artıq adıçəkilən şirkətlərin bostan məhsulları, o cümlədən ölkənin digər bölgələrində də satışdan geri çağırılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb. TASS xəbər verir ki, xəstələr arasında həm körpələr, həm də yaşı 100-dən aşağı olan şəxslər var.
Salmonellyoz mədə-bağırsaq traktının zədələnməsi və intoksikasiyanın inkişafı ilə xarakterizə olunan kəskin bağırsaq infeksiyasıdır. Şiddətli xəstəlik halında xəstədə susuzlaşdırma, dalağın və qaraciyərin böyüməsi inkişaf edir. Bəzən böyrək çatışmazlığı inkişaf edə bilər.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər