Bütün xəbərlər
BMT ABŞ-ın insan hüquqlarının müdafiəsi sahəsində problemlərini diqqətə çatdırıb
Tarix: 25-11-2023 20:26 | Bölmə: Dünya

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, BMT-nin İnsan Hüquqları Komitəsi ABŞ-ın reputasiyasının qüsursuzluğu haqqında mifi təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatlar komitənin gəldiyi nəticəyə istinad edirlər və buradan belə çxdığına görə, Amerika hüquq sistemi insan hüquq və azadlıqlarının effektiv müdafiəsini təmin etmək iqtidarında deyil.
Xüsusilə, komitə ABŞ-da gizli həbsxanaların olduğunu, ölüm hökmünün qüvvədə olduğunu, məhbusların işgəncələrə məruz qaldığı Quantanamo düşərgəsinin hələ də bağlanmadığını qeyd edir.
Bundan əlavə, Birləşmiş Ştatlar Afrika, İspan və Asiya mənşəli insanlara qarşı yüksək səviyyədə nifrət hissi yaşayır.
“Komitənin ekspertləri seçki hüquqlarının, eləcə də dinc toplantılarda və birləşmələrdə iştirak etmək hüququ, ifadə azadlığının təmin edilməsi ilə bağlı vəziyyəti mənfi qiymətləndirib”, - XİN əlavə edib.
Bu, jurnalistlərə, etirazçılara təzyiqlər və dinc toplantıların məhdudlaşdırılmasında özünü göstərir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər