Bütün xəbərlər
Argentinada naməlum şəxslər Messinin həyat yoldaşının mağazasını qarət ediblər
Tarix: 23-11-2023 12:30 | Bölmə: Dünya

Argentinanın Rosario şəhərində Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo ailəsinə məxsus supermarket qarət edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Antonella əmisi qızı ilə mağaza işçiləri banka pul apararkən quldurlar ona hücum ediblər.
Naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq, içərisində pul olan iki çantanı oğurlayıblar. Bundan başqa, Messinin həyat yoldaşının qohumunun maşınına da atəş açılıb. Cinayətkarlar təxminən səkkiz milyon peso (22 min dollar) oğurlayıblar.
Qeyd edək ki, bu, ilk belə hal deyil. Bu ilin mart ayında təcavüzkarlar argentinalının arvadının mağazasına 14 güllə atıblar. Eyni zamanda cinayətkarlar Argentina millisinin hücumçusuna ünvanlanmış mesaj da qoyublar.


Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər