Bütün xəbərlər
Vaşinqtonun mərkəzində atışma zamanı polis yaralanıb
Tarix: 23-11-2023 11:33 | Bölmə: Dünya

Noyabrın 22-də Ağ Evin yaxınlığında baş verən atışmada bir polis əməkdaşı və daha bir nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika paytaxtının mərkəzində baş verən insident barədə RİA Novosti xəbər verir. Çərşənbə günü Kolumbiya dairəsində ABŞ prezidentinin iqamətgahından bir neçə məhəllə aralıda atışma baş verib. Şahidlər ən azı on atəş açıldığını bildiriblər.
Hadisə nəticəsində bir polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Onların hər ikisinin münaqişə tərəfi olması mümkündür. Hadisənin səbəbləri və şəraiti aydınlaşdırılır.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər