Bütün xəbərlər
Şimali Koreya orbitə hərbi kəşfiyyat peyki çıxarıb
Tarix: 22-11-2023 10:34 | Bölmə: Dünya

Pxenyan "Mulligen-1" kəşfiyyat peykinin uğurla orbitə buraxıldığını elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla verdiyi məlumata görə, noyabrın 21-də Şimali Koreyanın “Çollima-1” daşıyıcı raketi “Mulligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb.
Raketin buraxılışı çərşənbə axşamı saat 22:42-də (Moskva vaxtı ilə 16:42) baş tutub, 705 saniyəlik uçuşdan sonra peyk göstərilən nöqtəyə çatdırılıb. Atışı Şimali Koreya lideri Kim Çen In müşahidə edib.
Bu ilin yaz və yay aylarında Pxenyan iki dəfə kəşfiyyat peykini orbitə çıxarmağa cəhd etsə də, hər iki halda buraxılışlar uğursuz alınıb.
RİA Novosti-nin məlumatına görə, BMT-nin baş katibi artıq Şimali Koreyanın hərbi peyk buraxmasını pisləyib. Antonio Quterreş belə hərəkətlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirib.
Daha əvvəl bildirilmişdi ki, KXDR noyabrın 22-dən dekabrın 1-dək peyk buraxmaq planları barədə Yaponiya Sahil Mühafizəsini xəbərdar edib. Cənubi Koreya ordusu çərşənbə axşamı, hətta Pxenyanın rəsmi hesabatlarından əvvəl, KXDR ərazisindən, ehtimal ki, casus peyki ilə daşıyıcı raketin qeydə alındığını elan edib.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər