Bütün xəbərlər
İsrail ordusu "Əl-Şifa" xəstəxanasını boşaltmaq üçün bir saat vaxt verib
Tarix: 18-11-2023 12:46 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri "Əl-Şifa" xəstəxanasının xəstələrinə və işçilərinə tibb müəssisəsini evakuasiya etmək üçün bir saat vaxt verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. Həmçinin orada yerləşən qaçqınlar binanı tərk etməlidirlər.
Ümumilikdə, müxtəlif hesablamalara görə, xəstəxananın ərazisində 7-10 min arasında insan var. Belə rəqəmləri daha əvvəl Qəzza Səhiyyə Nazirliyi açıqlamışdı. İdarənin məlumatına görə, insanlar bir neçə gün su və qida çatışmazlığı şəraitində keçiriblər.
Səhiyyə müəssisəsi indi İDF tərəfindən idarə olunur. İşğalçı qüvvələr bir gün əvvəl binaları təmizləmişdilər. Əməliyyat bir neçə gün çəkdi.
Ümumiyyətlə, anklavda humanitar vəziyyət ağır olaraq qalmaqda davam edir. Eyni zamanda İsrail əməliyyatı dayandırmaq fikrində deyil. Təl-Əviv HƏMAS-ı məhv etmək və onun cənub-qərb sərhədlərini təmin etmək niyyətindədir.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər