14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Həmas və İsrail girovlar məsələsində drmək olar ki, razılaşıblar
Tarix: 14-11-2023 22:46 | Bölmə: Dünya

İsrail və HƏMAS hərbi əməliyyatlarda bir neçə günlük fasilə müqabilində girovların mübadiləsi barədə razılaşmaya yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tərəflər HƏMAS-ın hücumu zamanı əsir düşən israillilərin böyük bir qrupunun azad edilməsini və eyni vaxtda İsrail həbsxanalarından fələstinlilərin azad edilməsini müzakirə edirlər. Gözlənilən fasilə 5 günə qədərdir. Lakin CNN avropalı diplomata istinadən xəbər verir ki, bu məsələ ilə bağlı danışıqlar qeyri-stabildir və pozula bilər.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden belə bir razılaşmaya inandığını bildirmişdi. Fələstinin HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan razılığın yekun formulunun hələ əldə olunmamasına aydınlıq gətirib.
Bundan əvvəl İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağında mərkəzi komanda mərkəzlərinə, o cümlədən hökumət binalarına və “qubernatorun iqamətgahına” nəzarəti ələ keçirmişdi.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü