Bütün xəbərlər
Şolts Qəzzada atəşkəs çağırışını dəstəkləməkdən imtina edib
Tarix: 13-11-2023 10:35 | Bölmə: Dünya
Şolts Qəzzada atəşkəs çağırışını dəstəkləməkdən imtina edib



Almaniya kansleri Olaf Şolts Qəzza zolağında dərhal atəşkəsə qarşı çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Heilbronner Stimme"-ə müsahibəsində Şolts, "Düşünürəm ki, dərhal atəşkəs və ya uzun fasilə üçün çağırışlar səhvdir" deyib.
O izah edib ki, atəşkəs HƏMAS-a fasilə verəcək və Fələstin qrupuna İsrailə hücum etmək üçün yeni raketlər çatdırmağa imkan verəcək.
"Bu qəbuledilməzdir" deyə, Almaniya kansleri vurğulayıb.
Oktyabr ayında Şolts həmrəylik səfəri çərçivəsində hökumət nümayəndə heyəti ilə İsrailə səfər edib.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər