Bütün xəbərlər
İsrail bütün dünya ilə qarşıdurmaya hazırdır
Tarix: 12-11-2023 12:18 | Bölmə: Dünya

Baş nazir Benyamin Netanyahu bildirib ki, beynəlxalq təzyiqlər və İsrail əsgərlərinə qarşı saxta ittihamlar İsrailin Həmas yaraqlılarını məğlub etmək əzminə təsir etməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda onun vurğuladığına görə, lazım gələrsə, İsrail bununla bütün dünya ilə üzləşməyə hazırdır, "Times of Israel" yazır.
Fransa prezidenti Emmanuel Makronun dayanmaq çağırışına münasibət bildirən Netanyahu HƏMAS yaraqlılarının mülki əhalinin arxasında gizləndiyinə diqqət çəkib. İsrail baş nazirinin sözlərinə görə, oxşar taktika digər ölkələrdə də geniş yayıla bilər, ona görə də silahlıları qorumaq mümkün deyil.
"Fransa prezidentinə və digər dostlarımıza deyirəm ki, bu sizə də çatacaq", - siyasətçi xəbərdarlıq edib.
Noyabrın 11-də Parisdə Fələstinə dəstək nümayişində 16 mindən çox insan iştirak edib. Onlar Yaxın Şərqdə dərhal atəşkəs tələb ediblər.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun bombardmanları nəticəsində ölənlərin ümumi sayı artıq 11 min vətəndaşı ötüb. 27 mindən çox fələstinli müxtəlif dərəcələrdə yaralanıb.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər