Bütün xəbərlər
Britaniya sualtı donanmasının vəziyyətindən narahatdır
Tarix: 11-11-2023 15:32 | Bölmə: Dünya

“Daily Express” yazır ki, Britaniyanın Rusiyaya qarşı döyüşmək üçün nəzərdə tutulmuş “HMS Audacious” nüvə sualtı qayığı bir ildir ki, metal qırıntıları dağının yanında təmiri gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,HMS Audacious paslanan sualtı qayıqların yanında oturur, çünki gəmini təmir etmək üçün quru dok yoxdur.
Bu il Britaniya Kral Donanmasının hücum sualtı qayıqlarından heç birinin dənizə çıxmadığı hallar olub.
Qəzet qeyd edir ki, Britaniya ictimaiyyəti ordunun döyüş hazırlığında zəifliklərin olduğunu bilirsə, Rusiya və Çin də bundan xəbərdardır.
NATO ölkələri may ayında Rusiya və digər ölkələrdən sualtı qayıqların ovlanması üzrə bacarıqları inkişaf etdirmək üçün Dynamic Mongoose Təlimləri keçirdilər.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər