22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Qəzza zolağında yalnız 15 xəstəxana fəaliyyətini davam etdirir
Tarix: 11-11-2023 15:17 | Bölmə: Dünya

Qəzza zolağında mövcud 35 xəstəxanadan 20-si bağlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fələstinin səhiyyə naziri May Kailenin sözlərinə görə, qalan tibb müəssisələrində kifayət qədər dərman yoxdur.
Onun sözlərinə görə, Əl-Şifa tibb mərkəzində bir çox xəstələr dərman çatışmazlığı səbəbindən "yavaş ölümlə təhdid olunur". Bu barədə nazirə istinadən “Al Hadath” telekanalı məlumat yayıb.
Bundan əvvəl Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat vermişdi ki, “Əş-Şifa” yanacağı tükəndiyi üçün əməliyyatları dayandırıb.
İsrailin anklavı blokadaya alması və onun enerji təchizatını kəsməsi nəticəsində Qəzza zolağındakı tibb müəssisələri generatorlardan istifadə etməyə məcbur olub. Bu, HƏMAS-ın oktyabrın 7-də İsrail ərazisinə silsilə hücumlarından sonra baş verib.
İsrail ordusu hazırda Qəzza zolağında qurudan hərbi əməliyyat keçirir. Daha əvvəl xəbər verildiyi kimi, İDF öz ərazisindəki dörd xəstəxananı mühasirəyə alıb. Xəstəxanalar mütəmadi olaraq İsrailin hava hücumlarına məruz qalır.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər