22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İtaliyada qatil kökəldiyi üçün həbsdən azad edilib
Tarix: 10-11-2023 23:34 | Bölmə: Dünya

İtaliyada adam öldürməkdə təqsirli bilinən şəxs artıq çəkiyə görə həbsxanadan ev dustaqlığına göndərilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı Turin məhkəməsi vəkillərin vəsatətini təmin edərək qəbul edib.
Piylənmə ilə yanaşı psixi pozğunluğu da olan 35 yaşlı Dimitri Frikano 2017-ci ildə sevgilisini öldürüb. Kişi onu danladığı üçün ona 57 bıçaq zərbəsi vurub. Sonra məhkəmə Fricano-ya 30 il həbs cəzası verdi, "La Repubblica" yazır.
Müdafiə tərəfi həmin şəxsin səhhətində yaranan problemlərə görə cəzasının yüngülləşdirilməsini istəyib. O, altı ilini dəmir barmaqlıqlar arxasında keçirib və bu müddət ərzində 120 kiloqramdan 200 kiloqrama qədər çəki alıb. Vəkillər bildiriblər ki, müvəkkilinin həbsxanada pəhriz saxlamaq imkanı yoxdur. Vəziyyəti daha da pisləşdirən, kişinin nikotinə aludə olmasıdır: o, gündə 120 siqaret çəkə bilər və bu, onun ürək-damar xəstəliklərinə tutulma riskini xeyli artırır.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər