Bütün xəbərlər
Tramp: "Baydenin “nüvə istiləşməsi” Üçüncü Dünya Müharibəsini bitirə bilər"
Tarix: 10-11-2023 21:22 | Bölmə: Dünya

Co Baydenin prezidentliyi dövründə dünyada əsas təhlükə qlobal deyil, üçüncü dünya müharibəsi ilə nəticələnə biləcək “nüvə istiləşməsi”dir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Donald Tramp bunu "Univision"-a müsahibəsində deyib.
ABŞ-ın keçmiş prezidenti indiki dövlət başçısının səriştəsizliyini bir daha xatırladıb.
"İndi əsas təhlükə nüvə silahıdır. Bizim əsas müzakirəçimiz isə nüvə silahının nə olduğunu belə bilməyən adamdır", - Tramp deyib.
Onun sözlərinə görə, Bayden “iki sözü bir araya gətirə bilməz”, lakin eyni zamanda Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə də məşğul olur.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər