Bütün xəbərlər
Həmas İsrailin hücumundan sonra girovun öldüyünü bildirib
Tarix: 09-11-2023 23:08 | Bölmə: Dünya

HƏMAS-ın girovluğunda olan İsrail əsgəri İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın silahlı qanadı - "İzzəddin əl-Qəssam Briqadası" qruplaşması bildirib.
Xəbərdə bildirilir ki, bundan başqa, mərmilərin atəşə tutulması nəticəsində əsir düşən daha bir əsgər də yaralanıb.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, İsrail ordusu anklavda əməliyyatı davam etdirir, “atəşkəsdən söhbət gedə bilməz”.
Bununla belə, o əlavə edib ki, Qəzza zolağının şimalındakı sakinlərin cənuba keçə biləcəyi humanitar dəhliz fəaliyyətini davam etdirir və əməliyyatın özü genişlənir.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər