Bütün xəbərlər
Silahlı şəxslər Hamburq məktəbində barrikada qurublar
Tarix: 08-11-2023 16:08 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hamburqdakı məktəblərin birində iki silahlı şəxs özlərini sinif otağına bağlayıb. Ehtimal ki, söhbət bu məktəbin şagirdlərindən gedir.
Almaniya mətbuatının məlumatına görə, məktəb təxliyə edilir. Məktəbin yerləşdiyi Hamburqun qərbindəki Blankenese rayonunda polisin xüsusi əməliyyatı həyata keçirilir. Baş verənlərin təfərrüatları hələlik məlum deyil.
Bir neçə gün əvvəl Hamburqda öz qızını girov götürən silahlı şəxs hava limanında özünə barrikada qurmuşdu. Hadisə ilə əlaqədar hava hərəkəti tamamilə dayandırılıb.
Danışıqlar təxminən 15 saat davam edib, bundan sonra şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər