22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Slovakiya Ukraynaya 40 milyon avro dəyərində sursat göndərməmək qərarına gəlib
Tarix: 08-11-2023 15:46 | Bölmə: Dünya

Slovakiyanın yeni hökuməti əvvəlki kabinetin Ukraynaya 40,3 milyon avro dəyərində sursat ayrılması barədə qərarını yerinə yetirməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökumət başçısı Robert Fiko öz seçki proqramını ardıcıl olaraq həyata keçirir. O, vətəndaşlara söz verib ki, rəhbərlik etdiyi SMER partiyası seçkilərdə qalib gəlsə, Kiyev rejiminə hərbi dəstəyi tamamilə dayandıracaq.
Fiko bildirib ki, Ukraynaya edilən yardım Slovakiya ordusunu acınacaqlı vəziyyətə salıb. "MiQ-29" qırıcılarının və "S-300" hava hücumundan müdafiə sisteminin ötürülməsi döyüş effektivliyinə mənfi təsir göstərib.
RİA Novosti yazır ki, Fiko həmçinin Rusiya və ABŞ-ı münaqişə zonasında atəşkəs haqqında danışıqlar aparmağa çağırır.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər