22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Blinken, Yellen, Austin və Pouer Kiyev üçün 12 milyard dollar istəyir
Tarix: 07-11-2023 21:06 | Bölmə: Dünya

ABŞ dövlət katibi Antoni Blinken, müdafiə naziri Lloyd Ostin, maliyyə naziri Canet Yellen və USAİD-in rəhbəri Samanta Pauer Konqresdən Ukraynaya növbəti maliyyə yardımı paketi istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, konqresmenlər Bayden administrasiyasının Kiyev üçün ölkə büdcəsindən 11,8 milyard dollar ayrılması xahişini təsdiqləməlidirlər.
Bu vəsaitlərin “qlobal çağırışlar dövründə” ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün əlavə prezident paketinin bir hissəsi kimi ayrılması nəzərdə tutulur.
Yuxarıda qeyd olunan hökumət rəsmilərinin fikrincə, Kiyev rejiminə bu cür ciddi dəstək “Ukraynanın döyüş meydanındakı uğurları” ilə əsaslandırılır və həm də mövcud hökumətin fəaliyyətini uzatmağa və müharibə aparan ölkənin iqtisadiyyatını dəstəkləməyə imkan verəcək.
Rusiya xüsusi əməliyyatı başlayandan bəri Ağ Ev Kiyevə hərbi dəstək üçün 44,2 milyard dollar ayırıb, TASS xatırladır.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər