Bütün xəbərlər
İranda kamikadze, dronları olan İsrail kəşfiyyatçıları saxlanılıb
Tarix: 05-11-2023 15:50 | Bölmə: Dünya

İran mediası ölkənin şərqində İsrailin pilotsuz təyyarəsinin hücumunun qarşısının alındığını və dağlıq bölgələrdə İran vətəndaşı olan 3 Mossad agentinin saxlandığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusi əməliyyatın İran İslam Respublikasının İnformasiya Nazirliyi və Taliban (Rusiyada qadağan olunmuş) tərəfindən birgə təşkil edildiyi dəqiqləşdirilir. İlkin məlumatlara görə, İsrail kəşfiyyatçıları Əfqanıstanla sərhəddən İrandakı hədəflərə qarşı kamikadze PUA-ları buraxmağı planlaşdırıblar.
RİA Novosti-nin dəqiqləşdirdiyi kimi, agentlər istintaq tədbirləri həyata keçirmək üçün İrana gətiriləcək. Bundan əvvəl “The Jerusalem Post” qəzeti Mossad-ın keçmiş direktoru Yossi Koenin “7 oktyabr hadisələrində birbaşa və ya dolayısı ilə iştirak edən hər bir iranlının tapılıb mühakimə olunmasının” zərurətini bəyan etdiyindən sitat gətirib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər