Bütün xəbərlər
Berlinin mərkəzində Fələstin tərəfdarlarının kütləvi nümayişi başlayıb
Tarix: 04-11-2023 21:44 | Bölmə: Dünya

Berliner Zeitung qəzeti yazır ki, noyabrın 4-də Berlinin mərkəzindəki Aleksandrplatzda Fələstin xalqına dəstək nümayişi üçün təxminən 6 min insan toplaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insanlar nümayiş sahəsinə axın etməyə davam etdikcə nümayişçilərin sayı arta bilər.
Polis səsucaldanlardan istifadə edərək nümayişçilərə bildirib ki, İsrailin mövcudluq hüququnun inkarı, həmçinin antisemitizm, nifrət dolu çıxışlar, zorakılıq və terroru tərifləyən şüar və bəyanatlar qanunla cəzalandırılır.
Bəzi nümayişçilər Neptun fontanının üzərinə çıxıb, polis onlardan enmələrini istəyib, etirazçılar asayiş keşikçilərinin əmrini yerinə yetiriblər.
Etirazçıların sütunları Karl Liebknecht küçəsi ilə Fridrixstrasse istiqamətində yürüş edir. Berlin polisi asayişi təmin etmək üçün 1000 işçini səfərbər edib. Yürüş Potsdamer Platzda başa çatacaq. Hələlik ciddi insident baş verməyib.
Almaniyanın daxili işlər naziri Nensi Feser noyabrın 2-də bildirib ki, HƏMAS və İsrail həbsxanalarında fələstinli məhbusları dəstəkləyən Samidoun təşkilatının fəaliyyətinə qoyulan qadağa ölkədə qüvvəyə minib.
Gerianiya əks-kəşfiyyatının məlumatına görə, ölkədə təxminən 450 Həmas tərəfdarı var. Alman əks-kəşfiyyatı iddia edir ki, onların vasitəsilə hərəkat ianələr toplayır, yeni üzvlər toplayır və təbliğat aparır.


Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər