22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Həmas lideri: "ABŞ Qəzzada dinc insanların ölümünə görə məsuliyyət daşıyır"
Tarix: 04-11-2023 21:25 | Bölmə: Dünya


ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə tam məsuliyyət daşıyır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə radikal hərəkatın liderlərindən biri Usamə Həmdan çıxış edib.
İslamçı qruplaşmanın nümayəndəsinin sözlərini "Əl-Cəzirə" telekanalı sitat gətirib. O, əmindir ki, Amerika lideri Netanyahu ilə birlikdə fələstinli mülki şəxslərin ölümünə görə cavabdeh olmalıdır.
Yada salaq ki, münaqişənin ilk günlərindən ABŞ rəhbəri İsrailin tərəfini tutmuş və terrorla mübarizədə Təl-Əvivə mütləq dəstəyini bildirmişdi.
O, İDF-yə yardım göstərmək üçün hər cür səy göstərəcəyini vəd edib. O, həmçinin Aralıq dənizinin şərqinə bir təyyarədaşıyan qrupunun başçılıq etdiyi güclü eskadron göndərdi.
Bununla yanaşı, Birləşmiş Ştatlar HƏMAS-ı pisləmək üçün BMT platformasından istifadə etməyə çalışıb.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər