Bütün xəbərlər
Qəzza zolağından 570-dən çox insan təxliyə edilə biləcək
Tarix: 03-11-2023 10:05 | Bölmə: Dünya

Cümə günü, noyabrın 3-də ikili vətəndaşlar da daxil olmaqla 570-dən çox insan Qəzza zolağından təxliyə edilə biləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyahını Rəfah keçid məntəqəsinin administrasiyası sosial şəbəkələrdə dərc edib.
Qeyd edildiyi kimi, təxliyə edilənlər arasında xarici vətəndaşlar və ikili vətəndaşlığı olan fələstinlilər də var. Böyük əksəriyyəti ABŞ pasportlarına sahibdir, Böyük Britaniya, Almaniya, İtaliya və Meksika vətəndaşları da var, RİA Novosti xəbər verir.
Qəzzadan təxliyə edilənlərin siyahısına Rusiya Federasiyası vətəndaşları daxil deyil.
Rəfah keçid məntəqəsinin nümayəndəsi Vail Avu Omarın sözlərinə görə, noyabrın 2-də Bəhreyn, Yunanıstan, İtaliya, Hollandiya və İsveçrə vətəndaşları da daxil olmaqla 400-dən çox insan sərhəd keçid məntəqəsini keçib.
Misir Xarici İşlər Nazirliyi bildirib ki, Fələstin anklavından 60-dan çox ölkədən 7 minə yaxın əcnəbini təxliyə etmək üçün əlindən gələni edir.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər