22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İran ŞƏT ölkələri arasında təcavüz etməmək haqqında paktın bağlanmasını təklif edib
Tarix: 02-11-2023 20:41 | Bölmə: Dünya

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri, general Rəhim Səfəvi Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələrlə təcavüz etməmək haqqında paktın bağlanmasını təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın Fars agentliyi xəbər verir ki, Səfəvi qeyd edib ki, İran ŞƏT ölkələrində təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi üçün işləməyi təklif edir və təşkilatın üzvləri arasında təcavüz etməmək haqqında paktın bağlanması bunun başlanğıcı ola bilər.
ŞƏT-ə 9 ölkə - Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxildir. Əməkdaşlıq çərçivəsində ŞƏT-ə üzv ölkələr birgə antiterror təlimləri keçirirlər ki, onlardan ən böyüyü Sülh Missiyasıdır (2003-cü ildən keçirilir).
Bu arada prezident Vladimir Putin İran prezidenti İbrahim Rəisiyə məzmunu açıqlanmayan mesaj göndərib. Mesajı Tehrana gələn və artıq İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə danışıqlar aparan Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev verib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər