22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail əsgərləri Qəzzada təcili yardım maşınına atəş açıb
Tarix: 02-11-2023 19:59 | Bölmə: Dünya


İsrail əsgərləri Qəzza zolağında Fələstin Qızıl Ayparasının təcili yardım maşınına atəş açıb, tibb işçiləri yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təcili yardım maşını İsrailin bombardmanları nəticəsində yaralanan fələstinliləri aparırdı.
Qəzzada həkimlər yaralıları narkozsuz əməliyyat etməyə məcburdurlar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus Cenevrədə keçirdiyi brifinqdə meyitxanalar həddən artıq doludur və sektorda vəziyyət dəhşətlidir deyib.
Qəzzada 21 mindən çox insan yaralanıb, 1,4 milyona yaxın insan evini itirib. Xəstəxanalar dəhlizlərdə yatan yaralılarla doludur... Minlərlə insan bombardmanlardan sığınır, ailələr sıx olan məktəblərə yığılır. Yemək və su üçün ümidsizdirlər. ÜST rəhbəri bildirib ki, tualetlər həddən artıq doludur və xəstəliklərin yayılması riski var.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər