Bütün xəbərlər
Amnesty International İsrailin Qəzzada ağ fosfordan istifadə etdiyini təsdiqləyib
Tarix: 02-11-2023 16:05 | Bölmə: Dünya

Beynəlxalq insan haqları təşkilatı Amnesty International İsrail ordusunun Qəzza zolağı və Livanda fosfor sursatlarından istifadə etdiyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təşkilatın böhran üzrə baş məsləhətçisi Donatella Rovera Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib ki, Qəzza və Livan üzərində fosfor sursatlarının partlama anlarını əks etdirən videolar yoxlanılıb. Bundan əlavə, hüquq müdafiəçiləri Livanın cənubunda 9 qurbanı müalicə edən həkimlərlə danışıblar. Təşkilatın təkzibedilməz sübutları var, Rovera bildirib.
O, əlavə edib ki, İDF minlərlə uşağın ölümünə səbəb olan ayrıseçkilik və qeyri-mütənasib partlayışlar həyata keçirib.
“Beynəlxalq ictimaiyyətin bu böyüklükdə fəlakət və humanitar böhran qarşısında hərəkətsizliyini görmək heyrətamizdir” deyib.
Daha əvvəl digər beynəlxalq insan haqları təşkilatı Human Rights Watch da İsrailin Qəzzada ağ fosfordan istifadə etdiyini təsdiqləyib. İsrail hakimiyyəti fosfor sursatlarından istifadəni inkar edir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər