Bütün xəbərlər
Şimali Koreya bəzi ölkələrdə səfirliklərini bağlayır
Tarix: 01-11-2023 22:14 | Bölmə: Dünya

KXDR hakimiyyəti bəzi ölkələrdə səfirlikləri bağlamaq qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə İşləri Nazirliyinə istinadən “Arirang” telekanalı məlumat yayıb.
Mövcud məlumatlara görə, Şimali Koreyanın İspaniya və bəzi Afrika ölkələrində səfirlikləri bağlana bilər. Müşahidəçilər hesab edirlər ki, bu qərarın səbəbi pula qənaət etmək istəyi olub. Ümumiyyətlə, telekanal qeyd edir ki, Şimali Koreyanın dünyadakı diplomatik nümayəndəliklərinin sayı dörddə bir azaldıla bilər.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər