Bütün xəbərlər
Tokayev: "Makronun Astanaya səfəri tarixi hadisədir"
Tarix: 01-11-2023 14:50 | Bölmə: Dünya

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fransa prezidenti Emmanuel Makronun Astanaya rəsmi səfərini tarixi hadisə adlandırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Makron noyabrın 1-də Qazaxıstanın paytaxtına gəlib.
Tokayev və Makron dar tərkibdə danışıqlar aparıblar. Qazaxıstanla Fransa arasında əməkdaşlıq inkişaf edir, lakin ona əlavə təkan vermək lazımdır. "Danışıqların məhsuldar olacağına əminəm", - Tokayev qeyd edib.
Tokayev vurğulayıb ki, Fransa Qazaxıstanın Aİ-də əsas və etibarlı tərəfdaşıdır, Qazaxıstan iqtisadiyyatına ən böyük investorlardan biridir.
Makron da öz növbəsində Fransanın Qazaxıstanla əlaqələrini yüksək qiymətləndirib.
"Biz mühüm iqtisadi tərəfdaşlarıq. Ölkələrimiz arasında strateji və iqtisadi əlaqələri inkişaf etdirəcək əhəmiyyətli müqavilələr imzalayacağıq", - Makron bildirib.
Tərəflər siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriblər.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər