22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bayden Ukraynaya yardım etmədən İsrailə yardım qanun layihəsinə veto qoyacaq
Tarix: 01-11-2023 11:24 | Bölmə: Dünya

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatası belə bir qanun layihəsini qəbul edərsə, İsrailə yardımın ayrılmasına dair qanun layihəsinə veto qoyacaq, Ağ Evin Büdcə İdarəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynaya yardım da daxil olmaqla, digər milli təhlükəsizlik məsələlərindən təcrid olunmuş şəkildə İsrailə yardım fəlakətli nəticələrə gətirib çıxaracaq. Bayden administrasiyası hesab edir ki, İsrail və Ukraynaya yardım məsələlərini bir-birindən ayırmaq olmaz. Respublikaçılar Təl-Əvivə və Kiyevə 105 milyard dollarlıq yardım tələbinin bölünməsini təklif edirlər.
Ağ Ev israr edir ki, Fələstinə humanitar yardım ayrılmalıdır.
ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukrayna və Tayvanın hərbi dəstək tələblərindən ayrı olaraq, İsrailə 14,3 milyard dollar məbləğində yardım göstərilməsi ilə bağlı qanun layihəsi təqdim edilib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər