Bütün xəbərlər
Makron Qazaxıstana səfərə gəlib
Tarix: 01-11-2023 11:12 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfərə gəlib və burada respublika prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq, Qazaxıstan hökumətinin mətbuat xidməti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilk olaraq Makron Qazaxıstanın Baş naziri Əlixan Smailovla görüşüb və o, səfərin Astana və Paris arasında strateji tərəfdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Makron və Tokayev ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsi məsələlərini, beynəlxalq və regional gündəliyi müzakirə edəcəklər.
Qazaxıstandan sonra Makron, Fransanın nazirləri və böyük fransız korporasiyalarının rəhbərləri Özbəkistana səfər edəcəklər.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər