Bütün xəbərlər
HƏMAS çoxlu sayda İsrail əsgərinin öldürüldüyünü bildirib
Tarix: 31-10-2023 23:10 | Bölmə: Dünya

Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadası Qəzza zolağında gedən döyüşlər zamanı çoxlu sayda İsrail əsgərinin həlak olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, son günlər İDF-nin anklavda quru əməliyyatlarının genişləndirilməsi ilə bağlı verdiyi xəbərlər fonunda baş verib.
Əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Obeydə ərəb televiziya kanalları tərəfindən yayımlanan çıxışı zamanı çoxlu sayda İsrail əsgərinin yaralandığını bildirib.
Bundan əvvəl ABŞ Milli Müsəlman Demokratik Şurası Amerika prezidenti Co Baydenə ultimatum verib. Ondan Qəzza zolağında atəşkəsin təmin edilməsi üçün İsrailə təsir imkanlarından istifadə etməsi tələb olunurdu.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər