12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
NATO-nun baş katibi Skandinaviyada nüvə silahı ilə bağlı açıqlama verib
Tarix: 31-10-2023 19:39 | Bölmə: Dünya

Norveçdə Skandinaviya ölkələri arasında əməkdaşlıq forumunda çıxış edən Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı nüvə silahına malik təşkilatdır, lakin bloka daxil olan hər bir dövlət öz ərazisində onun yerləşdirilməsinə müstəqil qərar verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, NATO-ya daxil olan Finlandiya və təsdiqini gözləyən İsveçə aiddir.
Blokun baş katibi qeyd edib ki, NATO belə bir addımın bütün nəticələrini yaxşı bildiyi üçün nüvə silahından istifadə etmək niyyətində deyil. Amma nə qədər ki, dünyada belə güclü silahlar var, alyansda da olacaq.
Stoltenberq etiraf edib ki, blokda silahlara nəzarət və ixtisarın tərəfdarı olan qüvvələr var, lakin hazırda dünyada gözardı edilə bilməyən təhlükələr var. RİA Novosti xəbər verir ki, alyansın rəhbəri üçün əsas təhlükələr təbii ki, Rusiya, Çin və Şimali Koreyadır.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər