Bütün xəbərlər
Fransa polisi hicablı qadına atəş açıb
Tarix: 31-10-2023 15:25 | Bölmə: Dünya

Bibliothèque-Fransua-Mitterand metro stansiyasında terror aktı təhlükəsi səbəbindən polis hicablı qadına atəş açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə yaralı qadında partlayıcı olmayıb.
BFM TV-nin məlumatına görə, narahat olan metro sərnişini polisə zəng edərək müsəlman geyimli qadının terrorla hədələməsi barədə məlumat verib. Stansiya dərhal mühasirəyə alınıb.
Sərnişinlər təxliyyə edildikdən sonra stansiyada qalan qadından təslim olması istənilib. O, imtina edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açıb. Mədəsindən güllə yarası alan şübhəli daha sonra xəstəxanaya aparılıb.
Jurnalistlərin sözlərinə görə, nəticədə qadında partlayıcı olmayıb, lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur - araşdırma davam edir.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər