Bütün xəbərlər
Şaxtada qəza zamanı qurbanlarının sayı 46-ya yüksəlib
Tarix: 31-10-2023 10:20 | Bölmə: Dünya

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko mədənində axtarış-xilasetmə əməliyyatları zamanı ölən sonuncu şaxtaçının cəsədi çıxarılıb. Belə ki, oktyabrın 28-nə keçən gecə baş vermiş qəza nəticəsində 46 şaxtaçı həlak olub. Bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şariphanov hökumətin iclasında məlumat verib.
Qeyd edildiyi kimi, bu günə kimi 40 qurbanın şəxsiyyəti müəyyən edilib. Altı nəfərin kimliyi açıqlanmayıb. Onları müəyyən etmək üçün lazımi müayinələr aparılır və DNT analizi də tələb olunacaq.
Oktyabrın 28-nə keçən gecə Karaqanda vilayətindəki Kostenko mədənində qəza baş verib, RİA Novosti xatırladır. İlkin məlumata görə, hər şey yanğınla başlayıb, ardınca metan-hava qarışığının partlaması olub.
Fövqəladə hadisə zamanı mədəndə 252 şaxtaçı olub, 208 nəfər səthə çıxarılıb. 18 şaxtaçı kömək üçün həkimlərə müraciət edərək xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri politravma diaqnozu ilə reanimasiyadadır.
Xilasedicilər şaxtada üç gündən artıq qalan şaxtaçıları axtarıblar. Axtarış elektrik enerjisinin olmaması, konstruksiyaların və mexanizmlərin sıradan çıxması, həmçinin mədən işlərinin böyük uzunluğu ilə çətinləşib.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər