Bütün xəbərlər
Floridada Hellouin bayramında kütləvi atışma
Tarix: 29-10-2023 17:25 | Bölmə: Dünya

Florida ştatında bazar günü Hellouin şənliyi zamanı baş verən atışma nəticəsində ən azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "ABC 7 news" telekanalının məlumatına görə, insident yerli vaxtla səhər saat üç radələrində Florida ştatının Tampa şəhərindəki barda iki qrup insan arasında dava-dalaş zamanı baş verib.
Səlahiyyətlilər ən azı iki atıcı olduğunu güman edirlər. Hazırda yalnız bir nəfər saxlanılıb. O, könüllü olaraq polisə təslim olub. Yaralıların vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Keçən cümə günü Tampa polis rəisi Li Berkow bir bəyanat yayaraq, sakinləri Hallouini qeyd etmələri zamanı mümkün qədər diqqətli olmağa çağırıb.
“Fox 13” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanının əməkdaşı xəbərdarlıq edib ki, zabitlər küçələrdə tam heyətlə növbətçi olacaqlar, lakin bu, mütləq təhlükəsizliyə zəmanət vermir.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər