Bütün xəbərlər
Həmas ultimatum verir
Tarix: 28-10-2023 21:22 | Bölmə: Dünya


HƏMAS, saxladığı israilli girovlar müqabilində fələstinli məhbusların azad edilməsini tələb edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bir anda və ya bir neçə mərhələdə baş verə bilər. Bunu HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının nümayəndəsi Əbu Obeid deyib.
Bu arada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, HƏMAS hərəkatının nümayəndələri girovluqda olan 8 rusiyalını azad etməyə söz veriblər. Onun sözlərini TASS sitat gətirir.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. BMT artıq Qəzza zolağında baş verənləri “yer üzündə cəhənnəm” adlandırıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər