Bütün xəbərlər
Səudiyyə Ərəbistanı İsraili quru əməliyyatlarına qarşı xəbərdar edib
Tarix: 28-10-2023 19:19 | Bölmə: Dünya


Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında həyata keçirdiyi hər hansı quru əməliyyatını pisləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində departamentin səhifəsində dərc olunmuş bəyanatında deyilir.
Səudiyyə Ərəbistanı hər hansı quru əməliyyatlarının fələstinli mülki şəxslərin həyatını təhdid etdiyinə diqqət çəkir. Bu, onları daha böyük təhlükələrə məruz qoyur və qeyri-insani şərait yaradır.
Krallıq həmçinin İsraili qardaş Fələstin xalqına qarşı beynəlxalq hüququn kobud və əsassız pozuntularını davam etdirmək təhlükəsi barədə xəbərdarlıq edir. Xarici İşlər Nazirliyi qeyd edir ki, bu hərəkətlər dünyada və regionda sabitlik üçün ciddi nəticələr verə bilər.
Bundan əvvəl HƏMAS hərəkatı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında gecə keçirdiyi quru əməliyyatının uğursuzluğunu elan etmişdi.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər