Bütün xəbərlər
Ukrayna və Hollandiya təhlükəsizlik təminatlarını müzakirə etməyə başlayıb
Tarix: 28-10-2023 19:08 | Bölmə: Dünya

Ukrayna G7-yə daxil olmayan ilk ölkə - Hollandiya ilə Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Fransa ilə məsləhətləşmələr aparılıb.
Vladimir Zelenskinin ofisinin şənbə günü bildirdiyi kimi, Kiyev də NATO silahlarının istehsalı üçün Qərbdən texnologiya və avadanlıq almaq istəyir.
Oktyabrın 28-də Maltada Niderland və Ukraynanın dövlət başçılarının müşavirləri səviyyəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermakın sözlərinə görə, iclasda 65 ölkənin nümayəndəsi iştirak edir.


Bundan əvvəl G7 Ukraynanı “əhəmiyyətli hərbi potensial”la təmin etmək qərarına gəlib. TASS yazır ki, Moskva bu cür “uzunmüddətli təhlükəsizlik zəmanətlərini” səhv adlandırıb.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər