Bütün xəbərlər
HƏMAS bildirir ki, İsrail ordusunun hücumu uğursuz olub
Tarix: 28-10-2023 12:32 | Bölmə: Dünya

HƏMAS İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında gecə ərzində keçirdiyi quru əməliyyatının uğursuzluğunu elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, radikal fələstinlilər İsrail əsgərlərinin və hərbi texnikasının irəliləməsinin HƏMAS qüvvələri tərəfindən qarşısının alındığını bildiriblər.
“Səda əl-Balad” saytı xəbər verir ki, HƏMAS üzvləri israilliləri tələyə salmağı bacarıb. İDF pusqularda “ciddi canlı qüvvə və texnika itkisi” verib.
Həmas Qəzza zolağı üçün ümumi müdafiə planı çərçivəsində fəaliyyət göstərdiyini bildirir. Fələstinlilər texnikanı məhv etmək üçün raketlərdən istifadə edir, İsrail qüvvələri isə yaralıları və ölənləri helikopterlə təxliyə edib.
HƏMAS İsrailin anklavın şimal hissəsini “təmizləmək” üçün növbəti cəhdinə hazırdır, TASS yazır.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər