22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dövlət Şurasının keçmiş baş naziri Li Keqiang Çində vəfat edib
Tarix: 27-10-2023 09:40 | Bölmə: Dünya


On il ÇXR hökumətinə rəhbərlik etmiş Çin dövlət xadimi vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, Li Keqiang Şanxayda 69 yaşında ürək tutmasından vəfat edib. O, 2013-cü ilin martında Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri olub və beş ildən sonra yenidən bu vəzifəyə seçilib və 2023-cü ilin mart ayına qədər bu vəzifədə olub. Bundan sonra Li Keqiang Li Qiang ilə əvəz olundu.
Li Keqiang hökumət başçısı vəzifəsində işləyərkən işsizliklə mübarizə və şəhər və kənd əhalisinin gəlirləri arasında fərqin azaldılmasını prioritet vəzifələr hesab edirdi. O, baş nazir postuna gələndən bir il sonra Çində bazar iqtisadiyyatı intensiv inkişaf etməyə başladı.
Onun gəlişi ilə ölkədə maaşlar yüksəldi və daxili istehlak artdı, biznesin aparılması üçün şərait asanlaşdı və bank sektorunda liberallaşma başlandı. Bundan əlavə, Li Keqiang Çin istehsal sənayesini modernləşdirmək üçün onillik planın tətbiqi təşəbbüsü ilə çıxış edib. İnkişaf strategiyası “Made in China – 2025” adlanır.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər