12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Media: İsrail ABŞ-ın tələbi ilə quru əməliyyatının başlamasını təxirə saldı
Tarix: 25-10-2023 20:58 | Bölmə: Dünya

“The Wall Street Journal” yazır ki, İsrail Qəzza zolağındakı quru əməliyyatını Birləşmiş Ştatlar ordusunu qorumaq üçün bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirənə qədər təxirə salır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin fikrincə, hava hücumundan müdafiə sistemləri bu həftənin sonunda təhvil verilməlidir. Nəşr onu da qeyd edir ki, İsrail hərbçiləri anklavda quru əməliyyatı planlaşdırarkən həm Qəzzaya humanitar yardımın çatdırılmasını, həm də girovların azad edilməsini nəzərə alır.
Bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın Yaxın Şərqə bir neçə THAAD raketdən müdafiə sistemi və "Patriot" hava hücumundan müdafiə sistemi köçürəcəyini açıqlamışdı.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər