12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Naməlum şəxslər Türkiyənin Helsinkidəki səfirliyi yaxınlığında tüstü bombası atıblar
Tarix: 25-10-2023 20:45 | Bölmə: Dünya

Bir qrup naməlum şəxs tüstü bombası ataraq Türkiyənin Finlandiyanın paytaxtında diplomatik missiyasının fasadını qırmızı boya ilə zədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Finlandiyadakı səfirliyinin yaxınlığında baş verən insident barədə çərşənbə günü RİA Novosti məlumat yayıb. Finlandiya polisi və yerli mətbuatın məlumatına görə, naməlum şəxslər diplomatik nümayəndəlikdə tüstü bombasını işə salıb, binanın fasadına boya atılıb.
İlkin məlumata görə, vandalların hərəkətləri ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmayıb, hücum nəticəsində tələfat olmayıb. Finlandiya hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen baş verənlərdən narahatlığını bildirib və diplomatik nümayəndəliklərə qarşı bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər